#Ərdoğan rəqəmsal dövrün yaratdığı təhlükələrdən danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rəqəmsal transformasiyanın cəmiyyət, ailə və dəyərlər sistemi üçün yaratdığı risklərə diqqət çəkib. Ərdoğan İstanbulda “Birlik” Fondunun yaradılmasının 40 illiyinə həsr olunmuş tədbirdə çıxışı zamanı dünyanın sürətli dəyişiklik mərhələsindən keçdiyini bildirib. Prezidentin sözlərinə görə, texnologiyanın inkişafı ilə yanaşı mədəniyyət, ənənələr və dəyərlər sistemi də ciddi təzyiq altındadır.