#Bayraqlardakı heyvanlar nə danışır? Dövlət simvollarının gizli mənaları

Bayraqlar bir millətin tarixini, mədəniyyətini və dəyərlərini simvollar vasitəsilə ifadə edən güclü vizual kimliklərdir. Rənglərlə yanaşı, forma və fiqurlar da bayraqların məna dünyasını zənginləşdirir. Bəzi dövlətlər isə bu simvolikanı heyvan fiqurları ilə tamamlayaraq bayraqlarını adeta mədəni hekayəyə çevirir. Heyvanlar çox vaxt cəsarət, güc, azadlıq, müstəqillik, inanc və milli ruh kimi anlayışları təmsil edir. Buna görə də onların dövlət bayraqlarında yer alması təsadüfi deyil, tarixi və şüurlu seçimin nəticəsidir.