#İngiliz aşırı sağcılar Fransa’dan men edildi

Fransa hakimiyyəti miqrantların La-Manşı keçərək Böyük Britaniyaya çatmasının qarşısını almağa cəhd edən 10 britaniyalı ifrat sağçı fəalın ölkəyə girişini qadağan edib. Fransanın Daxili İşlər Nazirliyinin açıqlamasına görə, qərar özünü “Raise the Colours” adlandıran qrupla əlaqəli şəxslərin şimal sahillərində miqrant qayıqlarını axtarması, məhv etməyə cəhd göstərməsi və təbliğat fəaliyyəti aparması ilə bağlı məlumatlardan sonra verilib.Nazirlik bildirib ki, sözügedən 10 nəfər barəsində Fransa ərazisinə giriş və ölkədə qalmağı qadağan edən inzibati qərar çərşənbə axşamı qüvvəyə minib.