#Vaşinqtondan Tehrana sərt mesaj

ABŞ Prezidenti Donald Tramp İrandakı hərbi əməliyyatların gedişinə dair növbəti bəyanatla çıxış edib. Donald Tramp İrandakı vəziyyətin “hədsiz dərəcədə təhlükəli” olduğunu bildirərək mülki əhaliyə evlərində qalmaq çağırışı edib. Onun sözlərinə görə, hazırkı şəraitdə açıq məkanlarda qalmaq ciddi risk yaradır. Prezident müraciətində İran xalqına siyasi mesaj da ünvanlayıb. O qeyd edib ki, proses başa çatdıqdan sonra İran xalqı öz taleyini müəyyən etmək imkanına malik ola bilər və bunu “nəsillər boyu yaranan nadir fürsət” kimi qiymətləndirib.

ABŞ Prezidenti Donald Tramp İranda davam edən etiraz aksiyalarının iştirakçılarına müraciət edərək, onları aksiyaları davam etdirməyə çağırıb. Tramp bu barədə çərşənbə axşamı özünə məxsus sosial platformada paylaşım edib. ABŞ prezidenti eyni zamanda bildirib ki, İranda etirazçılara qarşı zorakılıq dayandırılana qədər rəsmi Tehran nümayəndələri ilə bütün planlaşdırılmış görüşləri ləğv edib.