Fransa Prezidenti Emmanuel Macron hökumət, hərbi komandanlıq və parlament nümayəndələrinin iştirakı ilə keçirilən qapalı iclasda Ukraynaya müharibədən sonra fransız qoşunlarının yerləşdirilməsi imkanlarını müzakirə edib. Le Monde qəzeti mənbələrə istinadən məlumat yayıb. Nəşrin yazdığına görə, iclasda prezidentin təklif etdiyi plan əleyhinə ümumilikdə ciddi etiraz səslənməyib. Təxminən üç saat davam edən görüşdə 30-a yaxın şəxs iştirak edib. Onların arasında Fransa hökumətinin üzvləri, Silahlı Qüvvələrin Baş Qərargah rəsmiləri, eləcə də Milli Assambleya və Senat rəhbərliyi yer alıb.