#Rekorddan enişə: 2025-in son rübü bitkoini sınağa çəkdi

Rəqəmsal valyutalar yüksək riskli aktivlər kimi tanınır və 2025-ci ilin son rübündə bitkoinin kəskin dalğalanması bu reallığı bir daha ön plana çıxarıb. Oktyabrda qiymət rekord hədlərə – təxminən 126 min dollar səviyyəsinə yüksəldiyi halda, dekabrda 86 min dollardan aşağı enərək ciddi korreksiya mərhələsinə daxil olub. Analitiklərin qiymətləndirməsinə görə, enişin əsas fonunu iki xətt formalaşdırıb: qlobal likvidliyin azalması və ABŞ Federal Ehtiyat Sisteminin sərt pul-kredit xətti. Qlobal likvidlik genişləndikdə bitkoinin yüksəlişə meylli, likvidlik sıxıldıqda isə zəifləyən dinamika göstərməsi son aylarda daha aydın hiss olunub.