Futbol üzrə İngiltərə Premyer Liqasında XVI turun daha bir oyunu keçirilib. "Mançester Yunayted" səfərdə "Aston Villa"nın qonağı olub. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
#Futbol
Turun günün ikinci matçında "Araz-Naxçıvan" səfərdə "Şamaxı"nı 2:0 hesabı ilə məğlub edib. Bu nəticədən sonra "Araz-Naxçıvan" xallarını 26-ya çatdıraraq altıncı, "Şamaxı" isə 20 xalla səkkizinci pillədə qərarlaşıb.
Asiya Futbol Konfederasiyası (AFC) Millətlər Liqası turnirinin yaradılması barədə rəsmi elan yayıb. Bu barədə təşkilatın Mətbuat Xidməti məlumat verib. Bildirilib ki, yeni turnirin əsas məqsədi milli komandalar arasında rəqabət səviyyəsini artırmaq, eyni zamanda kommersiya imkanlarını genişləndirməkdir. Layihənin icrasına yaxın vaxtlarda başlanacağı qeyd olunsa da, dəqiq tarixlər açıqlanmayıb.
Karlo Ançelotti Braziliya millisində qalmağı planlaşdırır. Braziliya Futbol Konfederasiyası italiyalı mütəxəssislə müqavilə müddətini artırmaq yönündə danışıqlar gedir. Tərəflər müqavilə müddətini 2030-cu ilə qədər artırmaqla bağlı müzakirə edirlər.
"Real"ın müdafiəçisi Antonio Rüdiger karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
"Transfermarkt" portalı İspaniya La Liqasında çıxış edən futbolçuların bazar qiymətlərini yenidən nəzərdən keçirib. “Real Madrid”in hücumçusu Kilian Mbappenin transfer dəyəri 200 milyon avro olaraq müəyyən edilib.
Bu gün futbol üzrə İtaliya Misli Premyer Liqasında XIV turun daha bir oyunu keçiriləcək. Günün yeganə matçında “Karvan-Yevlax” öz meydanında “Şamaxı”nı qəbul edəcək. Qarşılaşma saat 14:00-da başlayacaq.
ABŞ, Kanada və Meksikanın 2026-cı ildə ev sahibliyi edəcəyi dünya çempionatının püşkatma mərasimi keçirilib.
Futbol üzrə Misli Premyer Liqasında XII tura yekun vurulub. Son oyun günündə 2 qarşılaşma keçirilib.
Misli Premyer Liqasında 12-ci tur davam edir. İkinci oyun günündə daha iki matç keçiriləcək. Əvvəlcə “Araz-Naxçıvan” Sumqayıtda “Turan Tovuz”u qəbul edəcək. Hazırda Tovuz klubu 22 xalla ikinci, Naxçıvan təmsilçisi isə 19 xalla altıncı pillədə qərarlaşıb.
“Qəbələ” və “Kəpəz” Rusiyanın "SKA" klubunun 21 yaşlı dayaq yarımmüdafiəçisi Sadıq Bağıyevlə maraqlanır.
UEFA 2027-ci ildə keçiriləcək Çempionlar Liqasının final oyunlarının məkanlarını təsdiqləyib. UEFA İcraiyyə Komitəsinin Albaniyada keçirilən iclasında qəbul edilən qərara görə, kişilər arasında final Atletiko Madrid klubunun 70 min tamaşaçı tutumuna malik Metropolitano stadionunda keçiriləcək. Stadion 2019-cu ildə Liverpulun Tottenhemi 2:0 hesabı ilə məğlub edərək kuboku qazandığı finala da ev sahibliyi etmişdi. Bu, Madridin Çempionlar Liqası finalına altıncı dəfə ev sahibliyi etməsi olacaq.