#ÇELİKKUBBE çoxqatlı hava hücumundan müdafiə sistemi

ASELSAN-ın Baş direktoru Əhməd Akyolun bildirdiyinə görə, 2024-cü ildə başlanılan "aselsaneXt" proqramı öz bəhrəsini verməkdədir. Şirkət təkcə böyümür, həm də maliyyə intizamını gücləndirərək xalis borc səviyyəsini azaldır. Bu dövrdə ÇELİKKUBBE hava hücumundan müdafiə sistemi, radar, elektron müharibə və süni intellekt dəstəkli təhlükəsizlik sistemləri gəlirlərin artmasında həlledici rol oynayıb.

ASELSAN 2026-cı ildə inteqrasiya olunmuş hava hücumundan müdafiə sistemi olan Çelik Kubbe sisteminin gücləndirilməsi və yayılması, yeni investisiyaların işə salınması və ixracın artırılması kimi prioritetlərlə yeni rekordlara hazırlaşır. ASELSAN-ın Baş direktoru Ahmet Akyol şirkətin 2025-ci ildəki fəaliyyəti və bu ilki hədəfləri barədə mühüm açıqlamalar verib. Şirkətin 2025-ci ildə 50 illiyini hər sahədə rekordlarla qeyd etdiyini bildirən Akyol bütün səylərinin millətin varlığı, rifahı, dövlətin və ordunun gücünə güc qatmaq üçün olduğunu vurğulayıb.

ASELSAN bu il çoxqatlı inteqrasiya olunmuş hava hücumundan müdafiə sistemi ÇELİKKUBBE-nin tədarükünü intensiv şəkildə davam etdirəcək. Sistemin komponentlərindən biri olan EJDERHA Yüksək Güclü Elektromaqnit Qarşı Tədbir Sistemi də bu il istifadəyə veriləcək. ASELSAN-ın baş direktoru Ahmet Akyol SAHA İstanbul-un “SAHA Sohbet” proqramında çıxışı zamanı bildirib ki, ÇELİKKUBBE uzun illər ərzində formalaşmış radar, rabitə, naviqasiya, komanda-idarəetmə və elektron müharibə təcrübəsi üzərində qurulub. Sistemin əsasını ASELSAN tərəfindən hazırlanmış süni intellekt əsaslı proqram təminatı və hərbi 5G əsaslı şəbəkə təşkil edir.