Səudiyyə Ərəbistanı və Pakistan cümə axşamı iki ölkə arasındakı münasibətlərin möhkəmliyini, strateji müdafiə tərəfdaşlığını və beynəlxalq təhlükəsizliklə sülhün qorunmasında oynadıqları önəmli və aparıcı rolu bir daha vurğulayıblar. Səudiyyə Ərəbistanının müdafiə naziri şahzadə Xalid bin Salman Ər-Riyadda Pakistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi və Müdafiə Qüvvələrinin komandanı feldmarşal Asim Muniri qəbul edib. Görüş zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.
#Səudiyyə Ərəbistanı silah tədarükündə Pakistan seçimini dəyərləndirir
Səudiyyə Ərəbistanı regionda artan təhlükəsizlik riskləri fonunda silah tədarükü mənbələrini şaxələndirmək məqsədilə Pakistanla hərbi-texniki əməkdaşlığı genişləndirməyə hazırlaşır. Pakistanlı iki mənbənin bildirdiyinə görə, Pakistan və Səudiyyə Ərəbistanı hazırda təxminən 2 milyard dollar həcmində Səudiyyə kreditlərinin JF-17 “Thunder” tipli döyüş təyyarələrinin alınmasına yönəldilməsi imkanlarını müzakirə edir. Danışıqlar ölkələr arasında bir neçə ay əvvəl imzalanmış qarşılıqlı müdafiə sazişindən sonra hərbi əməkdaşlığın dərinləşdirilməsinə xidmət edir.