#Xızı-Abşeron Külək Elektrik Stansiyası

“Xızı-Abşeron” Külək Elektrik Stansiyasının açılış mərasimi çərçivəsində energetika naziri Pərviz Şahbazovla Səudiyyə Ərəbistanı Krallığının energetika nazirinin müavini Nasser Əl-Qahtani arasında görüş keçirilib. İki ölkə arasında güclü dostluq və tərəfdaşlıq münasibətlərindən məmnunluq ifadə edilib. “ACWA Power” şirkəti ilə həyata keçirilən 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyası qardaşlığın və tərəfdaşlığın rəmzi kimi dəyərləndirilib. Bu əməkdaşlığın digər perspektivli layihələrlə genişlənəcəyi qeyd edilib.

Demək olar ki, son 20 il ərzində bizim enerji sistemimiz, yəni generasiya gücləri, böyük dərəcəli yarımstansiyalar və ötürücü xətlər tamamilə yenilənmişdir. Prezident İlham Əliyev bu sözləri Bakıda “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimində çıxışı zamanı bildirib.

Təbii ki, Azərbaycan energetiklərinin əməyini qiymətləndirməliyəm. Çünki son illər ərzində ölkəmizdə yeni generasiya güclərinin istismara verilməsi həm çox mürəkkəb, həm məsuliyyətli bir prosesdir. Prezident İlham Əliyev bu sözləri Bakıda “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimində çıxışı zamanı bildirib.

Prezident İlham Əliyev bildirib ki, “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının istismara verilməsi Azərbaycanın enerji potensialının gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, bu layihə ACWA Power tərəfindən ölkədə inşa edilən ilk bərpaolunan enerji stansiyasıdır, lakin sonuncu olmayacaq və Azərbaycan dövləti şirkətin gələcək planlarını tam dəstəkləyir. Dövlət başçısı vurğulayıb ki, son illərdə enerji sisteminin modernləşdirilməsi əsas prioritetlərdən biridir. Prezident əlavə edib ki, bərpaolunan enerji layihələri həm daxili tələbatın təmininə, həm də ixrac imkanlarının genişlənməsinə şərait yaradacaq.