İran və İsrail arasında yenidən başlayan qarşılıqlı hücumlar bölgədə gərginliyi kəskin şəkildə artırıb. İsrailin İranın bir neçə şəhərinə endirdiyi zərbələr və İranın buna cavab olaraq həyata keçirdiyi raket hücumları aprel ayında əldə olunmuş atəşkəsin taleyi ilə bağlı ciddi suallar yaradıb. Tehran İsraili atəşkəsi pozmaqda ittiham edir, İsrail isə Livanda davam edən əməliyyatların təhlükəsizlik məqsədi daşıdığını bildirir. ABŞ Prezidenti Donald Tramp tərəfləri dərhal hücumları dayandırmağa çağırsa da, bölgədə vəziyyət qeyri-müəyyən olaraq qalır. Analitiklər hesab edirlər ki, son hadisələr Yaxın Şərqdə yeni qarşıdurma riskini artırmaqla yanaşı, diplomatik səylərin gələcəyini də sual altında qoyur. Mövcud vəziyyət atəşkəsin formal olaraq qüvvədə qalıb-qalmaması ilə bağlı müzakirələri daha da gücləndirib.
#İsfahan
Nasriyev şəxsi əlaqələrinə toxunaraq, Səmərqənddə doğulduğunu, təhsil aldığını və ailəsi ilə birgə dəfələrlə İsfahana səfər etdiyini xatırladıb. O, həmçinin İsfahanda bir küçəyə “Səmərqənd küçəsi” adının verilməsini iki ölkə arasında tarixi-mədəni bağların rəmzi kimi təklif edib.
İranən şəhər əhalisinin təxminən yarısı içməli su qıtlığı problemi ilə üz-üzədir.
İranın İsfahan əyalətindəki Şəhid Beheşti Beynəlxalq Hava Limanı bir aydan çox fasilədən sonra daxili və beynəlxalq uçuşları bərpa edib.
İran, hava məkanını qlobal hava nəqliyyatı üçün açdı və daxili və beynəlxalq uçuşları bərpa etdi.
İran İslam Respublikasının Parlamenti iyunun 25-də keçirilən açıq iclasında Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ilə əməkdaşlığın dayandırılmasını nəzərdə tutan qanun layihəsinin əsas müddəalarını təsdiqləyib.
İsrailin İranın nüvə obyektlərinə endirdiyi hava zərbələri regionda nüvə çirklənməsi və sağlamlıq risklərinə dair narahatlıqları gücləndirib. İran və İsrail arasında gərginliyin artdığı bir vaxtda baş verən bu hücumların ciddi ekoloji və tibbi nəticələr doğura biləcəyi xəbərdarlığı edilir.
İranın İsfahan şəhərində hava hücumundan müdafiə (HHM) sistemləri işə salınıb.
Tramp administrasiyası ABŞ-ın İranın nüvə obyektlərinə etdiyi hücumlardan sonra, İranın ABŞ-a qarşı mümkün cavab zərbəsinə hazırlaşır.
İran, ABŞ-ın ölkədəki nüvə obyektlərinə etdiyi hücuma qarşı bütün gücü ilə müqavimət göstərmək hüququnu özündə saxlayır.
İsrail ordusunun İranın İsfahan şəhərində yerləşən nüvə obyektinə hücumu radioloji nəticələr doğurmayacaq. Buna səbəb həmin obyektin nüvə materialı ehtiva etməməsidir.
İsrail İsfahanda yerləşən neft emalı zavodlarının olduğu ərazini hədəf alıb.