#Cilia Flores: Chavez sonrası dönemin kilit isimlerinden biri

Venesuelanın sabiq birinci xanımı, hüquqşünas və siyasətçi Siliya Qavidiya Flores (15 oktyabr 1956-cı il təvəllüdlü) ölkənin son onilliklərdə ən təsirli qadın siyasi fiqurlarından biri kimi tanınır. O, 15 oktyabr 1956-cı ildə Venesuelanın Tinaquillo şəhərində anadan olub, Karakasdakı Santa Maria Universitetinin Hüquq fakültəsini bitirib və əmək, eləcə də cinayət hüququ üzrə ixtisaslaşıb. Flores 2000–2026-cı illərdə Venesuelada siyasi və hüquqi sahələrdə yüksək rəsmi vəzifələrdə fəaliyyət göstərib. O, 2000-ci ildə Milli Assambleyaya seçilərək siyasi karyerasına başlayıb və 2006-cı ildə Venesuela parlamentinin ilk qadın sədri olub. Həmin dövrdə jurnalistlərin parlamentə girişini qadağan etməsi, eyni zamanda çoxsaylı qohumlarının Assambleyada işlə təmin edilməsi ilə bağlı iddialar səbəbilə sərt tənqidlərə məruz qalıb. Flores qohum təyinatlarını təsdiqləsə də, bunu özünə qarşı “qaralama kampaniyası” kimi qiymətləndirib.