#Toronto

Kanada dünya çempionatını iqtisadi və diplomatik imkan kimi qiymətləndirir. Baş nazir Mark Karni ölkənin investisiyalar üçün açıq olduğunu bildirib. Hökumət sentyabr ayında keçiriləcək İnvestisiya Zirvəsinə dünyanın aparıcı investorlarını cəlb etməyə çalışır. Məqsəd növbəti illərdə iqtisadiyyata böyük həcmdə sərmayə cəlb etməkdir. Toronto şəhəri isə çoxmədəniyyətli simasını dünyaya tanıtmağa çalışır. Şəhərdə 250 müxtəlif dildə danışıldığı bildirilir. Bununla yanaşı, turizm sektorunda gözlənilən qədər yüksək tələbat müşahidə olunmur. Dünya çempionatı Kanadanın beynəlxalq imicinin gücləndirilməsi üçün vacib platforma hesab edilir.

2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatı tarixdə ilk dəfə üç ölkənin – ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi ilə baş tutacaq. Turnir həm iştirakçı sayı, həm stadion coğrafiyası, həm də oyun sayı baxımından dünya çempionatları tarixinin ən böyük yarışı olacaq. Beynəlxalq Futbol Federasiyasının təşkil etdiyi turnirdə ilk dəfə 48 milli komanda iştirak edəcək. Çempionat 2026-cı il iyunun 11-dən iyulun 19-dək davam edəcək və ümumilikdə 104 oyun keçiriləcək.

2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə Kanadanın Toronto şəhərində “Növbəti Nəsil Kanadalılar” (“The Next Generation Canadians”) adlı Kanada Azərbaycan Gənclərinin Birinci Forumu keçirilib. Forum Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə baş tutub.