#Ankara’da Türkiye–Ukrayna güvenlik zirvesi

Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov ilə Ankarada görüş keçirib. Görüşdə Rusiya–Ukrayna müharibəsinin cari vəziyyəti, münaqişənin regional və qlobal təsirləri, sülh istiqamətində atıla biləcək addımlar, eləcə də əsir mübadiləsi məsələləri ətraflı şəkildə müzakirə olunub. Tərəflər Ukrayna ərazisində mövcud təhlükəsizlik vəziyyətinə dair qiymətləndirmələr aparıb. Görüş zamanı Rusiya ilə Ukrayna arasında davam edən hərbi qarşıdurmanın yalnız iki ölkə ilə məhdudlaşmadığı, eyni zamanda regional və qlobal miqyasda ciddi siyasi, təhlükəsizlik və geosiyasi gərginlik yaratdığı qeyd olunub.