#Mali Burkina Faso ABD ilişkileri

ABŞ Prezidenti Donald Trampın bir sıra ölkələrin vətəndaşlarına ABŞ vizalarının verilməsini qadağan etməsindən sonra Afrika ölkələri də qarşılıqlı addımlar atmağa başlayıb. Mali və Burkina-Faso ABŞ vətəndaşları üçün tam viza qadağası tətbiq etdiklərini elan edib. Hər iki Qərbi Afrika ölkəsi bu qərarı Vaşinqtonun öz vətəndaşlarına qarşı tətbiq etdiyi məhdudiyyətlərə cavab olaraq əsaslandırır. Tramp administrasiyasının yeni qərarları hazırda Afrika, Asiya, Yaxın Şərq və Latın Amerikasında yerləşən ümumilikdə 39 ölkəyə şamil edilir. Ağ Ev bu məhdudiyyətlərin “milli təhlükəsizlik” səbəbilə tətbiq edildiyini bildirib.