#Tarafsızlık silahla korunabilir uyarısı

İsveçrə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Tomas Züssli ölkənin mövcud hərbi imkanlarının tammiqyaslı hücumun qarşısını almaq üçün kifayət etmədiyini bəyan edib və müdafiə xərclərinin artırılmasına çağırış edib. Züssli bu barədə Neue Zürcher Zeitung qəzetinə müsahibəsində danışıb. O bildirib ki, İsveçrə qeyri-dövlət aktorları tərəfindən kritik infrastruktura yönələ biləcək hücumlara və kiber təhlükələrə qarşı müəyyən hazırlıq səviyyəsinə malikdir, lakin orduda ciddi texniki və təchizat boşluqları qalmaqdadır.