#siyasi həll

BMT Baş katibi Antonio Quterreş Livan-İsrail sərhədində artan gərginliklə bağlı xəbərdarlıq edib. Mart ayından bəri vəziyyət ciddi şəkildə pisləşib. İsrail Livan ərazisində əməliyyatları artırıb. Hizbullah İsrail ərazisinə atəş açıb. Quterreş bütün tərəfləri diplomatik həll yoluna çağırıb. O bildirib ki, siyasi həll Livanın ərazi bütövlüyünü və suverenliyini tam qoruyacaq. Silah nəzarəti məsələsində Quterres Livan hökumətinin monopoliyasını dəstəkləyir. Təhlükəsizlik və qanunsuz silahların qarşısının alınması vacibdir.

Pakistanın Baş naziri Şahbaz Şərif Yaxın Şərqdə son günlər yenidən artan gərginlik fonunda tərəflərə mühüm çağırış edib. O bildirib ki, bölgədə baş verən hadisələr atəşkəsin nə qədər kövrək olduğunu və onun pozulmasının ciddi nəticələrə səbəb ola biləcəyini göstərir. Şərifin sözlərinə görə, müxtəlif ölkələrin iştirakı ilə aparılan diplomatik səylər davam edir və sülh prosesində müəyyən irəliləyişlər müşahidə olunur. Pakistan hökuməti hesab edir ki, hazırkı mərhələdə təmkin nümayiş etdirmək və dialoqa üstünlük vermək xüsusilə vacibdir. Baş nazir bütün tərəfləri zorakılıqdan uzaq durmağa, mübahisələrin həlli üçün siyasi və diplomatik vasitələrə üstünlük verməyə çağırıb. Onun fikrincə, bölgədə davamlı sabitliyin təmin olunmasının yeganə yolu qarşılıqlı anlaşma və sülh danışıqlarından keçir.

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas bölgədə davam edən gərginliklə bağlı narahatlığını ifadə edərək tərəfləri yenidən danışıqlar prosesinə qayıtmağa çağırıb. Onun sözlərinə görə, hazırkı vəziyyət sülh danışıqları ilə kövrək atəşkəs arasında dəyişən təhlükəli mərhələdədir və münaqişənin yenidən genişmiqyaslı müharibəyə çevrilməsi bütün region üçün ciddi nəticələr yarada bilər. Nikosiyada keçirilən toplantıda çıxış edən Kallas diplomatik səylərin artırılmasının vacibliyini vurğulayıb və bütün tərəflərin siyasi həll yollarına üstünlük verməsinin zəruriliyini qeyd edib. Avropa İttifaqı rəsmisinin fikrincə, yalnız dialoq və qarşılıqlı anlaşma regionda uzunmüddətli sabitliyin təmin olunmasına imkan yarada bilər.

ABŞ Dövlət katibi Marko Rubio İranla bağlı diplomatik prosesin davam etdiyini və Vaşinqtonun əsas prioritetinin siyasi həll yolu olduğunu bildirib. Onun sözlərinə görə, ABŞ administrasiyası razılaşmanın mümkün olması halında bu prosesin uğurla başa çatmasını istəyir. Bununla yanaşı, Rubio yaxın günlərin və saatların prosesin gələcək istiqamətini müəyyən edəcəyini vurğulayıb. Son günlər Ağ Ev və Tramp administrasiyasının digər rəsmilərindən verilən açıqlamalar da göstərir ki, Vaşinqton diplomatiya variantını üstün saysa da, alternativ ssenariləri də gündəmdə saxlayır. Analitiklər hesab edirlər ki, İranla aparılan danışıqlar hazırda həssas mərhələyə daxil olub və qarşıdakı qərarlar regional təhlükəsizlik mühitinə birbaşa təsir göstərə bilər.

Səudiyyə Ərəbistanının müdafiə naziri, şahzadə Xalid bin Salman Cənub Keçid Şurasını (CKŞ) Yəmənin Hadramaut və əl-Mehra vilayətlərində yerləşən hərbi düşərgələrdən qüvvələrini çıxarmağa və obyektləri sülh yolu ilə “Vətən Qalxanı” qüvvələrinə və yerli hakimiyyət orqanlarına təhvil verməyə çağırıb.