Moldova parlamenti Müstəqil Dövlətlər Birliyinin (MDB) yaradılması haqqında sazişin və təşkilatın nizamnaməsinin denonsasiyasını nəzərdə tutan qanunları son oxunuşda qəbul edib. Qeyd olunub ki, bu addım Moldova hökumətinin Avropa İttifaqına inteqrasiya strategiyasının tərkib hissəsidir və ölkənin Avropa standartlarına uyğunlaşmasına xidmət edir.
#Müstəqil Dövlətlər Birliyi (MDB)
Zakir Həsənov MDB üzv dövlətlərin Müdafiə Nazirləri Şurasının növbəti – 86-cı iclasında iştirak edib
1991-ci il dekabrın 25-də Mixail Qorbaçov Sovet İttifaqının prezidenti vəzifəsindən istefa verib. Amma əslində, istefa verəcək çox da böyük bir Sovet İttifaqı qalmamışdı — dörd gün əvvəl 11 keçmiş sovet respublikası Müstəqil Dövlətlər Birliyini (MDB) yaradıb, beləliklə SSRİ demək olar ki, tamamilə dağılmışdı. Qorbaçov vida nitqində MDB-nin yaradılmasını istefasının əsas səbəbi kimi göstərib və ölkənin “böyük güc” statusunu itirməsindən narahat olduğunu bildirib. Bəzi anlarda qürurlu, bəzən isə qəzəbli sözlərlə o, əldə etdiyi nailiyyətləri vurğulayıb. Qorbaçov bildirib ki, Sovet İttifaqını demokratiya yoluna yönəldib, kommunist iqtisadiyyatını bazar iqtisadiyyatına istiqamətləndirib. O, həmçinin Rusiya xalqının “yeni bir dünyada” yaşadığını və Soyuq Müharibəyə və silah yarışına son qoyulduğunu qeyd edib. Qorbaçov bəzi səhvləri etiraf etsə də, apardığı siyasətə görə heç vaxt peşman olmadığını deyib.