#Liviya Baş Qərargah rəisi Ankaradan qayıdarkən həlak olub

Liviya Milli Birlik Hökumətinin baş naziri Əbdülhəmid Dbeibə Türkiyənin paytaxtı Ankara şəhərinə rəsmi səfərdən qayıdarkən təyyarənin ağır qəza ilə üzləşməsi nəticəsində Liviya ordusunun Baş Qərargah rəisi Məhəmməd Həddadın və onu müşayiət edən şəxslərin həlak olduğunu elan edib. Dbeibə həlak olanların xatirəsinə həsr etdiyi bəyanatda bildirib ki, hadisə nəticəsində Quru Qoşunlarının Baş Qərargah rəisi, general-leytenant rütbəli Fəturi Qəribil, Hərbi Sənaye Cihazının direktoru, briqada generalı Mahmud Qətiuvi, Baş Qərargah rəisinin müşaviri Məhəmməd Əlsəavi, həmçinin Baş Qərargahın media ofisinin fotoqrafı Məhəmməd Ömər Əhməd Məhcub da həyatını itirib.