#Tehrik-i-Taliban Pakistan (TTP) terror qruplaşması

Pakistanın şimal-qərbində yerləşən Xayber-Paxtunxva əyalətində polis əməkdaşlarına qarşı törədilən terror hücumu nəticəsində beş nəfər həlak olub. Məlumata görə, Kurram rayonunda neft obyektlərini mühafizə edən polis əməkdaşlarını daşıyan avtomobil naməlum silahlı şəxslərin hücumuna məruz qalıb. Hücum nəticəsində beş polis əməkdaşı hadisə yerində həyatını itirib.