#Amerika şirkətləri

ABŞ Prezidenti Donald Tramp rəqəmsal xidmət vergisi tətbiq edən ölkələrə qarşı sərt ticarət tədbirləri ilə çıxış edib. O bildirib ki, Amerika şirkətlərinə belə vergi tətbiq edən dövlətlərdən gətirilən bütün mallara 100 faizlik gömrük rüsumu qoyula bilər. Trampın sözlərinə görə, bu qərar ABŞ-la mövcud olan ticarət razılaşmalarından üstün tutulacaq. Açıqlama beynəlxalq ticarət münasibətlərində yeni gərginlik yarada bilər. Rəqəmsal xidmət vergisi əsasən iri texnologiya şirkətlərinin xarici bazarlardakı gəlirlərinə tətbiq olunur. Vaşinqton isə bu cür addımları Amerika şirkətlərinə qarşı ayrı-seçkilik kimi qiymətləndirir. Trampın bəyanatı ticarət tərəfdaşlarına xəbərdarlıq kimi dəyərləndirilir. Bu mövqenin yaxın günlərdə beynəlxalq iqtisadi gündəmdə geniş müzakirə olunacağı gözlənilir.

Amerika şirkətləri Venesuelanın neft sənayesinin bərpasına milyardlarla dollar sərmayə qoyacaq. Bunu ABŞ Prezidenti Donald Tramp bu gün keçirilən mətbuat konfransında deyib. “Venesuelanın neft sənayesi uzun müddət dərin tənəzzül vəziyyətində olub. Neft hasilatının həcmi ölkənin malik olduğu və reallaşdıra biləcəyi potensialla müqayisədə demək olar ki, yox səviyyəsində idi. Bu sahəyə dünyanın ən iri Amerika neft şirkətləri cəlb olunacaq. Onlar milyardlarla dollar sərmayə qoyacaq, ciddi şəkildə dağıdılmış neft infrastrukturunu bərpa edəcək və ölkə iqtisadiyyatına gəlirlərin daxil olmasını təmin edəcəklər”, - deyə o bildirib.