#Fuad Nağıyev

Azərbaycanın Baş naziri Əli Əsədovun rəhbərliyi ilə keçirilən İqtisadi Şuranın iclasında ölkənin iqtisadi inkişaf prioritetləri ilə bağlı mühüm məsələlər müzakirə olunub. Görüşdə 2026-2030-cu illəri əhatə edən turizmin inkişafı üzrə Dövlət Proqramının layihəsi, eləcə də dağ-mədən və metallurgiya sənayesinin inkişaf perspektivləri diqqət mərkəzində olub. Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və iqtisadiyyat naziri Mikayıl Cabbarov təqdimatlarla çıxış ediblər.

Azərbaycan Turizm Bürosunun Pekində rəsmi nümayəndəlik ofisinin açılması ölkənin Çin turizm bazarında mövqeyinin daha da gücləndirilməsinə yönəlmiş mühüm addım kimi qiymətləndirilir. Yeni nümayəndəlik Azərbaycanın turizm imkanlarının tanıdılması, Çin turizm şirkətləri ilə əməkdaşlığın genişləndirilməsi və ölkəyə turist axınının artırılması məqsədi daşıyır. Açılış mərasimində çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Çin bazarının Azərbaycan üçün strateji əhəmiyyət daşıdığını vurğulayıb. Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin beynəlxalq turizm konfransında “İlin Strateji Tərəfdaşı” mükafatına layiq görülməsi isə iki ölkə arasında turizm sahəsində əməkdaşlığın yüksələn xətt üzrə inkişaf etdiyini göstərib.

Fevralın 3-də Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin Meksika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri xanım Mariya Viktoriya Romero Kabalyero ilə görüşündə turizm üzrə ikitərəfli əlaqələrin perspektivləri müzakirə olunub. Görüş zamanı xanım səfir Azərbaycan turizm sənayesini təmsil edən bir neçə nəfərlik heyət üçün Meksikaya tanışlıq səfərinin təşkil olunacağı barədə məlumat verib.

Yanvarın 8-də Azərbaycan Qış İdman Növləri Federasiyasının və “Şahdağ” Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə FIS təqviminə əsasən, “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turniri start götürüb. Tədbirin açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov, Qış İdman Növləri Federasiyasının prezidenti Fuad Nağıyev iştirak ediblər.

Çində keçirilən “CITM 2025” (“China International Travel Mart”) beynəlxalq turizm sərgisi çərçivəsində Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Çin Xalq Respublikasına səfər edib. Səfər çərçivəsində Azərbaycan və Çin arasında turizm əlaqələrinin inkişaf istiqamətləri dekabrın 17-də Çin Xalq Respublikasının paytaxtı Pekində Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə Çinin Mədəniyyət və turizm naziri Sun Yeli arasında keçirilən görüşdə müzakirə olunub.