2026-ci ilin yanvar ayında Türkiyənin Avropa Birliyi ölkələrinə ixracatı 2025-ci ilin eyni ayı ilə müqayisədə 2,3 faiz azalaraq ,8 milyard 758 milyon 52 min dollar olub. “2026-ci ilin yanvar ayında Türkiyənin Avropa Birliyi ölkələrindən idxalı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 0,9 faiz azalaraq 7 milyard 413 milyon 878 min dollar təşkil edib” – deyə nazirlikdən bildiriblər. Qeyd edək ki, bu ilin yanvar ayında Türkiyənin xarici ticarət dövriyyəsi 49 milyard 1 milyon dollar olub.
#İxrac və idxal
2026-ci ilin yanvar ayında Türkiyənin İƏT ölkələrinə ixracatı 2025-ci ilin eyni ayı ilə müqayisədə 8,4 faiz azalaraq 5 milyard 451 milyon 577 min dollar olub. “2026-ci ilin yanvar ayında Türkiyənin İƏT ölkələrindən idxalı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1 faiz azalaraq 3 milyard 816 milyon 869 min dollar təşkil edib” – deyə nazirlikdən bildiriblər. Qeyd edək ki, bu ilin yanvar ayında Türkiyənin xarici ticarət dövriyyəsi 49 milyard 1 milyon dollar olub.
Keçən ilin dekabr ayında Türkiyənin İƏT ölkələrinə ixracatı 2024-cü ilin eyni ayı ilə müqayisədə 15,6 faiz artaraq 7 milyard 966 milyon 612 min dollar olub. Məlumata əsasən keçən ilin yanvar – dekabr ayında, Türkiyənin İƏT ölkələrinə ixracatı, 2024-cü ilin analoji dövri ilə müqayisədə 4,5 faiz artaraq, 73 milyard 32 milyon 987 min dollar olub.
İran və Azərbaycan Respublikası Astara sərhəd keçidində koordinasiyanı gücləndirərək, yük maşınlarının hərəkətini sürətləndirmək və artırmaq barədə razılığa gəliblər. Xüsusi diqqət tez xarab olan məhsulların daşınmasına yönəldiləcək. İranın Azərbaycandakı səfiri Möctəbə Damirçilu sərhədi ziyarət edərək trafik vəziyyətini yoxlayıb və hər iki ölkənin rəsmiləri ilə ayrı-ayrılıqda görüşlər keçirib. Görüşlər zamanı yük maşınlarının tranzitinin sürətləndirilməsi və asanlaşdırılması, ticarət yükünün həcminin artırılması və gözləmə müddətlərinin azaldılması barədə razılıq əldə olunub.