#Qəzza üçün beynəlxalq təhlükəsizlik mexanizmi işə düşüb – Tramp

ABŞ prezidenti Donald Tramp Qəzza zolağında təhlükəsizliyin təmin olunması məqsədilə yaradılan Beynəlxalq Sabitləşdirmə Qüvvəsinin artıq fəaliyyət göstərdiyini və prosesə yeni ölkələrin qoşulacağını bildirib. Tramp bu barədə bazar ertəsi Ağ Evdə, Oval kabinetdə jurnalistlərə açıqlamasında deyib. ABŞ prezidenti qeyd edib ki, mexanizm formal şəkildə artıq işə salınıb və iştirakçı ölkələrin sayı tədricən artır.