ABŞ-ın İsraildəki səfiri Mayk Hakabi İsrailin Qətərin paytaxtı Doha şəhərinə hücum etmədiyini iddia edərək, baş verən insidenti “tək bir şəxsi hədəf alan raket zərbəsi” kimi xarakterizə edib. O, hadisəni ABŞ-ın Usamə bin Ladenə qarşı keçirdiyi əməliyyatla müqayisə edib və İsrailə “ikili standart” tətbiq olunmamalı olduğunu bildirib.