Azərbaycanda dini fəaliyyət və ilahiyyat sahəsində kifayət qədər təcrübə mövcuddur. Lakin vahid və etibarlı bir məlumat bazasının yaradılmasına da ciddi ehtiyac var. Bunu Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov Azərbaycan Din Xadimlərinin II Forumu çərçivəsində keçirilən “Rəqəmsal informasiya mühitində dini təhsil və maarifçilik strategiyaları” mövzusunda panel müzakirəsində deyib.
#dini maarifçilik
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə dekabrın 15-də Bakı şəhərində "Dini düşüncə mədəniyyəti: pedaqoji perspektivlər" mövzusunda konfrans keçiriləcək. Tədbirdə Elm və Təhsil Nazirliyinin, eləcə də Dövlət Komitəsinin rəhbərliyi, Milli Məclisin deputatları, Azərbaycan İlahiyyat İnstitutunun məsul şəxsləri, mütəxəssislər, Bakı şəhəri üzrə orta məktəblərin psixoloq və müəllimləri iştirak edəcəklər. Konfrans çərçivəsində müvafiq dövlət qurumlarının nümayəndələrinin və mütəxəssislərin çıxışları dinləniləcək, müzakirələr aparılacaq.