5 fevral 2026-cı il tarixində Bakı Fond Birjası (BFB) və İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin (SER) birgə əməkdaşlığı çərçivəsində “Şirkətlər üçün səhm bazarından İslam investisiyalarının cəlbi imkanları” mövzusunda tədbir təşkil olunub. Tədbirin açılış nitqləri Bakı Fond Birjasının Ticarət və Dəstək şöbəsinin rəhbəri Fərid Abbaszadə və İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin icraçı direktoru Qafqaz Qəhrəmanlı tərəfindən səsləndirilib. Çıxışlarda kapital bazarlarının inkişafında alternativ investisiya alətlərinin rolu və bu sahədə institusional əməkdaşlığın əhəmiyyəti vurğulanıb.