Martın 17-də İçərişəhərdə XV əsrə aid ölkə əhəmiyyətli abidə - Buxara karvansarasının əsaslı bərpa və konservasiya işlərindən sonra təntənəli açılışı və burada fəaliyyət göstərəcək “BuxarArt” sənət məkanının təqdimatı keçirilib. Tədbirdə Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, Alena Əliyeva, mədəniyyət nazirinin müavini Səadət Yusifova, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud, digər şəxslər, mədəniyyət xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
#Rüfət Mahmud
Türk Mədəniyyəti və İrsi Fondunun Mənzil qərargahında Təşkilatın prezidenti Aktotı Raimkulova və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə heyətinin sədri cənab Rüfət Mahmud arasında görüş keçirilib. Görüş zamanı tərəflər Türk dünyasının mədəni irsinin qorunması, idarə olunması və təbliği sahəsində mövcud tərəfdaşlıq imkanlarını müzakirə ediblər. Xüsusilə “İçərişəhər”in zəngin tarixi irsi, UNESCO Dünya İrsi Siyahısında yer alması və bu irsin daha geniş beynəlxalq auditoriyaya çatdırılması üçün həyata keçirilə biləcək birgə layihələr diqqət mərkəzində olub.