#Fidan: Atəşkəs planının dayanması dünya üçün böyük uğursuzluq olar

Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, Qəzzada HƏMAS-ın silahsızlaşdırılması üçün əvvəlcə etibarlı mülki idarəetmə və beynəlxalq dəstəkli, peşəkar polis qüvvəsi qurulmalıdır. Onun sözlərinə görə, HƏMAS idarəetməni təhvil verməyə hazırdır, lakin ilkin mexanizmlər formalaşmadan silahsızlaşdırma tələb etmək “real deyil”.