ABŞ, Meksika və Kanada tərəfdaşlığında keçiriləcək 2026 Dünya Kubokuna qatılacaq 42 ölkə rəsmən müəyyənləşib. Turnirin qalan 6 bileti isə mart ayında keçiriləcək Avropa və qitələrarası pley-off oyunlarının ardından sahibini tapacaq. ABŞ, Kanada və Meksikanın ev sahibliyi edəcəyi Dünya Kuboku 11 iyun – 19 iyul 2026 tarixlərində baş tutacaq. 1998-ci ildən bəri 32 komanda ilə keçirilən turnir tarixdə ilk dəfə 48 komanda ilə təşkil olunacaq.