ABŞ Hərbi Hava Qüvvələrinin (USAF) nümayiş qrupundakı F-16 tipli bir döyüş təyyarəsinin Kaliforniya ştatının cənubunda qəzaya uğradığı bildirilib. Nellis Hərbi Hava Qüvvələri Bazası tərəfindən verilən açıqlamaya görə, USAF tərkibindəki “Thunderbirds” akrobatika komandasına məxsus F-16C Fighting Falcon döyüş təyyarəsi San-Bernardino bölgəsində Trona Hava Limanı yaxınlığında qəzaya düşüb. San-Bernardino Rayon Yanğınsöndürmə Departamentinin açıqlamasında isə qəzadan əvvəl təyyarədən özünü katapult etməyi bacaran pilotun xəstəxanada müalicə olunduğu bildirilib.