#Operation Restore Hope

1992-ci il dekabrın 9-da ABŞ-ın 1800 nəfərlik dəniz piyadaları kontingenti Somalinin paytaxtı Moqadişuya eniş edərək ölkədə güya qayda-qanunun bərpasına yönələn çoxmillətli əməliyyata rəhbərlik etməyə başladı. Missiya humanitar fəlakətin qarşısını almağı və müharibədən dağılmış ölkədə təhlükəsizlik yaratmağı hədəfləyirdi.

ABŞ Prezidenti Corc H. V. Buş Somalinin vətəndaş müharibəsi və qida çatışmazlığı yaşanan bölgələrində humanitar yardımın çatdırılmasını təmin etmək məqsədilə 28 min ABŞ hərbçisinin ölkəyə göndərilməsi barədə göstəriş verib. Prezident əməliyyatı “Tanrının işi” adlandıraraq Somaliyə yardım edilmədiyi təqdirdə bir milyondan çox insanın ölüm təhlükəsi ilə üzləşəcəyini bildirib.