Putinin xarici siyasət müşaviri Yuri Uşakov sammitin yerinin artıq müəyyənləşdiyini, dəqiq tarix və təfərrüatların isə hazırlıq işləri başa çatdıqdan sonra açıqlanacağını bildirib. ABŞ dövlət katibi Marko Rubio isə görüşün son dərəcə çətin olacağını, hər iki tərəfin ciddi güzəştlərə getməli olacağını vurğulayıb. Rubio həmçinin Rusiya atəşkəs elan etmədiyi halda, 8 avqustdan etibarən yeni sanksiyaların tətbiq edilə biləcəyini qeyd edib.
#Vladimir Putin
Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Trampla planlaşdırılan görüş üçün Birləşmiş Ərəb Əmirliklərini (BƏƏ) mümkün məkan kimi açıqlayıb. O, BƏƏ-ni belə yüksək səviyyəli tədbirin təşkili baxımından “tamamilə münasib bir yer” adlandırıb.
Kremlin müşaviri Yuri Uşakov yaxın günlərdə Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Tramp arasında ikitərəfli görüşün keçiriləcəyini açıqlayıb. Uşakov bildirib ki, Amerika tərəfinin təklifi ilə görüşün ən yüksək səviyyədə təşkil olunması barədə razılıq əldə olunub və hazırda konkret hazırlıqlar davam edir.
ABŞ prezidenti Donald Tramp Moskvada keçirilən ABŞ-Rusiya danışıqlarının ardınca Vladimir Putinlə mümkün görüş ehtimalının yüksək olduğunu bildirib. O, Ağ Evdə Apple şirkətinin yeni sərmayələrinin təqdimatı zamanı çıxış edərək, Rusiya-Ukrayna müharibəsinin tezliklə başa çatmasını istədiyini və bu istiqamətdə diplomatik səylərin davam edəcəyini vurğulayıb.
ABŞ Prezidenti Donald Tramp bugün Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı aparacaq. Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoffun Rusiya prezidenti Vladimir Putinlə görüşündən sonra baş tutması gözlənilir.
Rusiya Prezidenti Vladimir Putin ilə İsrailin Baş naziri Benyamin Netanyahu arasında telefon danışığı baş tutub. Xatırladaq ki, iyulun 28-də Putin Netanyahu ilə telefon danışığında Suriyanın ərazi bütövlüyü və suverenliyinin qorunmasının vacibliyini vurğulamışdı. O, Suriyada bütün etnik və dini qrupların qanuni hüquqlarının və maraqlarının qorunması ilə daxili siyasi sabitliyin gücləndirilməsinin əhəmiyyətini qeyd etmişdi. O, həmçinin İranın nüvə proqramı ilə bağlı böhranın danışıqlar yolu ilə həll olunması üçün Moskvanın vasitəçilik etməyə hazır olduğunu bildirmişdi.
ABŞ prezidenti Donald Trampın Rusiya lideri Vladimir Putinə verdiyi 10 günlük ultimatumun bitməsinə cəmi dörd gün qalmış Vaşinqtonun xüsusi nümayəndəsi Stiv Vitkoff Moskvaya səfər edib.
Vladimir Putin Ukrayna ilə danışıqları dəstəklədiyini bildirib, lakin Moskvanın müharibədəki əsas hədəflərinin dəyişmədiyini və Rusiya ordusunun cəbhədə irəliləməyə davam etdiyini vurğulayıb.
Rusiya Prezidenti Vladimir Putin və Belarus Prezidenti Aleksandr Lukaşenko bu gün qeyri-rəsmi görüş keçirəcəklər.
Suriyanın xarici işlər naziri Əsəd Həsən Şeybani və onu müşayiət edən nümayəndə heyəti Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüş keçirib. Səfər çərçivəsində Şeybani həmçinin Rusiya xarici işlər naziri Sergey Lavrovla da görüşüb.
İyulun 31-də Moskvada Suriya xarici işlər naziri Əsəd Həsən Şeybani ilə Rusiya xarici işlər naziri Sergey Lavrov arasında görüş keçiriləcək. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
Putin və Netanyahu telefon danışığında Suriya, İran və Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər. Rusiya Suriyanın ərazi bütövlüyünü müdafiə edir və İranın nüvə proqramı üzrə vasitəçiliyə hazır olduğunu bildirib.