Türkiyənin pilotsuz döyüş təyyarəsi Bayraktar KIZILELMA yeni elektron müharibə qabiliyyəti ilə təchiz edilib. Platformaya inteqrasiya olunan ASELSAN FEWS-U Elektron Müharibə Süiti ilk uçuş sınağını uğurla başa vurub. Məlumata görə, FEWS-U sistemi “360 dərəcə əhatə dairəsi”, “yüksək dəqiqliklə təhdid istiqamətinin müəyyən edilməsi” və “sürətli təhdid aşkarlanması və diaqnostikası” imkanlarına malikdir. Sistem insansız hava platformalarının müasir hava döyüş mühitində sağqalma qabiliyyətini və əməliyyat effektivliyini artırmaq üçün hazırlanıb.
#TÜBİTAK SAGE və ASELSAN ilə milli uğur
ASELSAN 2026-cı ildə inteqrasiya olunmuş hava hücumundan müdafiə sistemi olan Çelik Kubbe sisteminin gücləndirilməsi və yayılması, yeni investisiyaların işə salınması və ixracın artırılması kimi prioritetlərlə yeni rekordlara hazırlaşır. ASELSAN-ın Baş direktoru Ahmet Akyol şirkətin 2025-ci ildəki fəaliyyəti və bu ilki hədəfləri barədə mühüm açıqlamalar verib. Şirkətin 2025-ci ildə 50 illiyini hər sahədə rekordlarla qeyd etdiyini bildirən Akyol bütün səylərinin millətin varlığı, rifahı, dövlətin və ordunun gücünə güc qatmaq üçün olduğunu vurğulayıb.
ASELSAN-ın baş direktoru Ahmet Akyol bildirib ki, şirkətin 14 noyabr 1975-ci ildə Ankarada 4 nəfərlə başlayan fəaliyyəti bu gün, 50-ci ilində, 13 min nəfərlik böyük bir kollektivlə davam edir. Hazırda ASELSAN 25 ölkədə aktiv fəaliyyət göstərir və Anadolunun müxtəlif bölgələrində istehsal müəssisələrinə malikdir. Akyol qeyd edib ki, ASELSAN Borsa İstanbul-da bazar dəyəri 1 trilyon liraya çatan ilk Türkiyə şirkəti olub. Şirkət hazırda Türkiyənin ən dəyərli, Avropanın 8-ci, dünyanın isə 20-ci ən böyük müdafiə sənayesi şirkəti mövqeyindədir.
Baykar və ASELSAN tərəfindən milli imkanlarla inkişaf etdirilən qabaqcıl müdafiə texnologiyaları Aralıq dənizində həyata keçirilən kritik bir sınaqda bir daha özünü təsdiqlədi. “Mavi Vətən” konsepsiyası çərçivəsində Türkiyənin dənizdə birgə əməliyyat qabiliyyətini nümayiş etdirən test zamanı yüksək koordinasiya və dəqiqliklə icra edilmiş əməliyyat uğurla başa çatdı.
Baykar tərəfindən milli və orijinal olaraq inkişaf etdirilən Bayraktar KIZILELMA dünya aviasiya tarixində yeni bir uğura imza atıb. Sinop sahillərində keçirilən tarixi sınaqda milli pilotsuz döyüş təyyarəsi, ASELSAN tərəfindən hazırlanmış MURAD AESA radarının işarələdiyi hədəfi TÜBİTAK SAGE tərəfindən inkişaf etdirilən GÖKDOĞAN raketi ilə tam dəqiqliklə vurub. Bu uğur sayəsində Bayraktar KIZILELMA, aviasiya tarixində görüş məsafəsindən kənar hava raketi istifadə edərək jet mühərrikli hava hədəfini vuran ilk pilotsuz döyüş təyyarəsi olub.