Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agetliyində Alman-Azərbaycan Xarici Ticarət Palatasının nümayəndələri ilə görüş keçirilib.
#Hasil Abbasov
Əmək bazarındakı dəyişikliklər fonunda peşə və ixtisasların tərkibi bazarın real tələblərinə uyğun şəkildə yenilənəcək. Иunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov 2025-ci ilin yekunlarına və 2026-cı ilin hədəflərinə həsr olunan mətbuat konfransında deyib. Onun sözlərinə görə, əmək bazarı dinamik mühitdir və tələblərə uyğun olaraq yeni peşə və ixtisasların sayı artırıla bilər.
Dövlət Məşğulluq Agentliyi sosial tərəfdaşlarla, işəgötürənlərlə aktiv əməkdaşlıq edir. 2026-cı ildə məzmunun genişləndirilməsi ilə bağlı işlər həyata keçirəcəyik. Həmçinin yeni iş yerlərinin yaradılmasını və mövcud iş yerlərinin saxlanılmasını da təşviq edirik. 2025-ci ildə 448 işəgötürənlə əməkhaqqının birgə maliyyələşdirilməsi prosesi həyata keçirilib. Bu istiqamətdə 1763 vətəndaşımız da işlə təmin edilib.
Azərbaycanın vakansiya bankında 60 mindən çox yer var. Bunu Dövlət Məşğulluq Agentliyinin (DMA) İdarə Heyətinin sədri Hasil Abbasov ötən ilin yekunlarına dair mətbuat konfransında deyib.
Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin əmri ilə Hasil Vasif oğlu Abbasov Nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
29 noyabrda İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) təşkilatçılığı ilə ali təhsil müəssisələrinin tələbə və məzunları, həmçinin İRİA-nın təhsil layihələrinin məzunları üçün “İKT Karyera Sərgisi” keçirilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini Hasil Abbasovun başçılıq etdiyi nümayəndə heyəti Litva Respublikasının Vilnüs şəhərində rəsmi səfərdə olub.