#Dahiyə hücumu

"Le Nouvel Obs" jurnalı Şərqdə başlayan və artıq ikinci ayına qədər uzanan ABŞ-İsrail-İran müharibəsinin hərbi, siyasi və iqtisadi ölçülərini təhlil edən 5 əsas sualı gündəmə gətirib. 28 fevral 2026-cı ildə başlayan və ilk zərbələrdə İranın Ali rəhbəri Əli Xameneinin ölümü ilə nəticələnən bu müharibə hələ də qlobal təhlükəsizlik və enerji bazarları üçün ən böyük təhdid olaraq qalır.

İsrail bazar günü Beyrutun cənub qəsəbəsi olan Dahiyəni hədəfə alan hücum həyata keçirdi. Nəticədə bir nəfər həyatını itirdi, 21 nəfər yaralandı. Livan prezidenti Cozef Aun bu hücumu “İsrailin təcavüzü dayandırmaq çağırışlarına məhəl qoymadığının növbəti sübutu” adlandırdı. O qeyd etdi ki, “Livan artıq bir ilə yaxındır ki, düşmənçilik fəaliyyətlərini dayandırıb”, beynəlxalq ictimaiyyəti isə “öz məsuliyyətini üzərinə götürməyə və Livana qarşı təcavüzün dərhal dayandırılması üçün ciddi müdaxilə etməyə” çağırdı.