#Astara

İrandan həm Azərbaycan, həm də digər ölkələrin vətəndaşlarının təxliyəsi davam edir. Belə ki, 361 Çin, 246 Rusiya, 224 Azərbaycan, 99 Tacikistan, 76 Pakistan, 46 Oman, 18 Səudiyyə Ərəbistanı, 9 Gürcüstan, 7 Belarus, 6 BƏƏ, 6 Slovakiya, 5 Serbiya, 4 İran 4 İordaniya, 4 İsveçrə,4, Nigeriya, 4 Yaponiya vətəndaşı təxliyə olunub.

İran və Azərbaycan Respublikası Astara sərhəd keçidində koordinasiyanı gücləndirərək, yük maşınlarının hərəkətini sürətləndirmək və artırmaq barədə razılığa gəliblər. Xüsusi diqqət tez xarab olan məhsulların daşınmasına yönəldiləcək. İranın Azərbaycandakı səfiri Möctəbə Damirçilu sərhədi ziyarət edərək trafik vəziyyətini yoxlayıb və hər iki ölkənin rəsmiləri ilə ayrı-ayrılıqda görüşlər keçirib. Görüşlər zamanı yük maşınlarının tranzitinin sürətləndirilməsi və asanlaşdırılması, ticarət yükünün həcminin artırılması və gözləmə müddətlərinin azaldılması barədə razılıq əldə olunub.