#Lənkəran

Lerik-Lənkəran sərhədində zəlzələ qeydə alınıb. Bu barədə Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Zəlzələnin maqnitudası 3,1 olub. Yeraltı təkan Lənkaran stansiyasından 12 km qərbdə, Lənkaran rayonunda qeydə alınıb. Zəlzələ hiss olunmayıb.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda “Citrus Valley” fermer təsərrüfatına baxış keçiriblər. Təsərrüfatın sahibi Rəftarə Şükürova Azərbaycanın ilk aqro-qastro-eko turizm məkanlarından biri olan “Citrus Valley”in yalnız 2024-cü il ərzində 15 mindən çox turist qəbul etdiyini deyib.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Alena Əliyeva Lənkəran Dövlət Universitetinin nəzdində yaradılmış Baytarlıq Klinikası ilə tanış olublar. Yeni istifadəyə verilmiş klinikada heyvanların müayinəsi və müalicəsi üçün nəzərdə tutulmuş kabinetlər, laboratoriyalar və müasir tibbi avadanlıqlar barədə məlumat verilib.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alena Əliyeva Lənkərana səfər çərçivəsində bir sıra ekoloji aksiyalarda iştirak ediblər. Əvvəlcə IDEA İctimai Birliyi tərəfindən Lənkəran rayonunda meşə ərazisində “Yaşıl Marafon” çərçivəsində ağacəkmə aksiyası təşkil olunub. Könüllülülərin iştirakı ilə həyata keçirilən aksiyada 1350 ədəd Eldar şamı tingi əkilib. Tədbir zamanı yaşıllıq zolaqlarının genişləndirilməsi, meşə fondunun bərpası və ekosistemin mühafizəsi istiqamətində reallaşdırılan işlər barədə məlumat verilib.