Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud ölkənin "Təsis Günü" münasibətilə rəsmi "X" platformasında paylaşım edərək, krallığın tarixi köklərinə və dövlətçilik fəlsəfəsinə diqqət çəkib. Kral Salman bildirib ki, mübarək Səudiyyə dövləti ulu babaları tərəfindən tövhid kəlməsi, ədalət prinsipi və xalqın vahid bayraq altında birləşdirilməsi üzərində inşa edilib. O qeyd edib ki, Allahın lütfü ilə əldə olunan bu tarixi birlik ölkəyə həm daxili təhlükəsizlik, həm də iqtisadi rifah qazandırıb.
#Kral Salman bin Əbdüləziz
Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz və Vəliəhd Şahzadə Məhəmməd bin Salman Qəzza zolağında yaranmış ağır humanitar vəziyyətlə əlaqədar yardım tədbirlərinin genişləndirilməsi barədə göstəriş veriblər. Bu çərçivədə hava, dəniz və quru yolları ilə həyata keçirilən yardımın intensivləşdirilməsi tapşırılıb.
Səudiyyə Ərəbistanının Vəliəhd Şahzadəsi Məhəmməd bin Salmanın ABŞ-yə səfəri iki ölkə arasında strateji tərəfdaşlığın yeni mərhələyə keçdiyini göstərir. Bu münasibətlərin formalaşması son on ildə regional və qlobal dəyişikliklərin fonunda baş verib və Riyad–Vaşinqton xəttində qarşılıqlı maraqlara əsaslanan yeni bir siyasi-iqtisadi modelin meydana çıxmasına səbəb olub.