#Türkiyənin ticarət dövriyyəsi

Türkiyə ilə Oman arasındakı iqtisadi və ticari əlaqələri daha yüksək səviyyəyə daşımağı hədəfləyən OMNEX 2026 Oman-Türkiyə İş Forumu və Beynəlxalq Ticarət Sərgisi 2-4 fevral tarixlərində hər iki ölkənin iş dünyasını bir araya gətirəcək. DEİK Türkiyə-Oman İş Şurasının verdiyi məlumata görə, Omanın paytaxtı Maskat şəhərində keçiriləcək sərgidə 200-ə yaxın iri miqyaslı şirkət iştirak edəcək. Sərginin müdafiə sənayesi, qabaqcıl texnologiya, energetika, tikinti, səhiyyə və kənd təsərrüfatı kimi strateji sahələrdə milyardlarla dollarlıq yeni müqavilələrin imzalanmasına yol açacağı gözlənilir.

Keçən ilin noyabr ayında Türkiyənin xarici ticarət dövriyyəsi 53 milyard 54 milyon dollar olub. Nazirlikdən qeyd olunub ki, 2025-cü ilin noyabr ayında Türkiyənin ixracatı 2024-cü ilin eyni ayı ilə müqayisədə 1,3 faiz artaraq 22 milyard 536 milyon dollar, idxalı isə 2,6 faiz artaraq 30 milyon 518 min dollar olub. “Keçən ilin yanvar – noyabr ayında Türkiyənin xarici ticarət dövriyyəsi keçən ilin eyni ayları ilə müqayisədə 576 milyard 928 milyon dollara çatıb” –deyə nazirlikdən bildirilib.

2025-ci ilin iyul ayında Türkiyənin Türk ölkələrinə ixracatı 2024-cü ilin eyni ayı ilə müqayisədə 3,9 faiz artaraq 1 milyard 35 milyon 230 min dollar olub. Məlumata əsasən bu ilin yanvar – iyul ayında, Türkiyənin Türk ölkələrinə ixracatı, keçən ilin analoji dövri ilə müqayisədə 2,5 faiz artaraq, 6 milyard 127 milyon 469 min dollar olub. “Bu ilin iyul ayında Türkiyənin Türk ölkələrindən idxalı 2024 -cü ilin eyni dövrü ilə müqayisədə 5,5 faiz azalaraq 616 milyon 37 min dollar təşkil edib” – deyə nazirlikdən bildiriblər.

Suriyanın bəzi kənd təsərrüfatı məhsulları və toyuq əti idxalına tətbiq etdiyi məhdudiyyət bütün ölkələrə şamil olunan müvəqqəti tədbirdir. Bu barədə Türkiyə Ticarət Nazirliyi məlumat yayıb. Bildirilib ki, Suriya Quru və Dəniz Limanları İdarəsinin 27 iyul 2025-ci il tarixli qərarına əsasən, yalnız 2025-ci ilin avqust ayı ərzində müəyyən kənd təsərrüfatı məhsullarının (pomidor, xiyar, kartof, balqabaq, badımcan, bibər, alma, üzüm, şaftalı, albalı, armud, qarpız, yemiş, əncir, quru əncir, sarımsaq, yumurta) və toyuq ətinin idxalına məhdudiyyət qoyulub.

Türkiyənin İraqa ixracı 2024-cü ildə 13 milyard dollara çatıb. Bu barədə Türkiyənin ticarət naziri Ömər Bolat məlumat verib. Nazirin sözlərinə görə, bu göstəricinin 333 milyon dolları sərbəst zonalarda fəaliyyət göstərən şirkətlərin payına düşüb. Nazir həmçinin İraqla ticarət əlaqələrinin daha da inkişaf etdirilməsi üçün İqtisadiyyat və Ticarət Komitəsi (JETCO) və Qarışıq İqtisadi Komissiya (KEK) mexanizmlərinin aktiv şəkildə fəaliyyət göstərdiyini vurğulayıb.