2 iyun 2026-cı il tarixində, Polşanın ən nüfuzlu ali təhsil ocaqlarından biri olan Varşava Universitetində Türk Mədəniyyəti və İrsi Fondunun maliyyə dəstəyi ilə ərsəyə gələn Türk Mədəniyyəti və İrsi Mərkəzinin açılış mərasimi keçirilib.
#Varşava Universiteti
15 noyabr 2025-ci il tarixində Polşaya rəsmi səfəri çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Radio Wnet-ə geniş müsahibə verib. Xanım A.Raimkulova xatırladıb ki, Fond 2012-ci ildə Azərbaycanın Prezidentinin təşəbbüsü və Qazaxıstan, Qırğızıstan və Türkiyə dövlət başçılarının dəstəyi ilə yaradılıb. O, mədəni diplomatiyanın əhəmiyyətini vurğulayaraq bildirib ki, Fond Polşa, Litva və Rumıniya kimi ölkələrdə yaşayan Türk icmaların irsinin araşdırılması və qorunmasına xüsusi önəm verir. Səfəri çərçivəsində Fond rəhbəri məhsuldar görüşlərin keçirildiyi Belostok şəhərini də ziyarət edib.