#İran kəşfiyyatının İsraildə fəaliyyəti

İran Qırmızı Aypara Cəmiyyəti, ABŞ və İsrailin həyata keçirdiyi hücumlarda həyatını itirənlərin sayının 555-ə çatdığını bəyan edib. Fars xəbər agentliyi İran Qırmızı Aypara Cəmiyyəti tərəfindən edilən yazılı açıqlamanı yayımlayıb. Açıqlamada "131 yaşayış məntəqəsinə təşkil edilən hücumlarda 555 nəfər həyatını itirdi" ifadələrinə yer verilib. Yaralıların sayı ilə bağlı məlumat verilməyib.

Səudiyyə Ərəbistanının "Aramco" şirkəti dron hücumuna məruz qaldıqdan sonra ehtiyat tədbiri olaraq Ras Tanuradakı neft emalı zavodunu bağlayıb. Məlumata görə, bu addım obyektin təhlükəsizliyini təmin etmək və dron zərbəsinin fəsadlarını qiymətləndirmək məqsədilə atılıb. Ras Tanura zavodu qlobal enerji bazarı üçün strateji əhəmiyyət kəsb edən mərkəzlərdən biri hesab olunur.

İsrail Baş Prokurorluğu Hayfa Mərkəzi Məhkəməsinə 27 yaşlı Şimon Azarzar adlı Hərbi Hava Qüvvələri zabitinə qarşı rəsmi ittiham aktı təqdim edib. Həyfa körfəzində yerləşən Kiryat Yam şəhərində yaşayır və İran kəşfiyyatınaİsrail hərbi obyektləri və məkanları haqqında məlumat və şəkillər ötürməkdə günahlandırılır. İsrail Polisi və Təhlükəsizlik Xidməti (ŞABAK) tərəfindən yayılan birgə açıqlamaya görə, Şimon Azarzar və həyat yoldaşı — hər ikisi də yəhudi və İsrail vətəndaşı — ötən ilin oktyabr ayında İrana casusluq şübhəsi ilə saxlanılıb. Onların birbaşa İran kəşfiyyatından təlimat aldıqları iddia olunur.