#Mirbek Mambataliyev

21 yanvar 2026-cı il tarixində Qırğız Respublikasına rəsmi səfər çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti xanım Aktotı Raimkulova ilə Qırğız Respublikasının Mədəniyyət, İnformasiya və Gənclər Siyasəti naziri cənab Mirbek Mambetaliyev arasında görüş keçirilib. Görüşdə nazir müavini Askaraly Madaminov və Beynəlxalq Əlaqələr şöbəsinin müdiri cənab Nusubalı Yakupbekov da iştirak ediblər.

13-15 noyabr tarixlərində Özbəkistanın paytaxtı Daşkənddə “Mərkəzi Asiyada mənəvi irs və maarifçilik” mövzusunda beynəlxalq konqres keçirilir. Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Tacikistanın - beş Mərkəzi Asiya ölkəsinin təmsil olunduğu konqresdə mədəniyyət naziri Adil Kərimlinin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti də iştirak edir.