#Zəhərli içki və silah hədəsi: Jonestown qatliamı necə baş verdi?

1978-ci il noyabrın 18-də Peoples Temple (Xalq Məbədi) təşkilatının qurucusu Cim Cons Cənubi Amerikanın Qayana dövlətinin ucqar bölgəsində yerləşən kənd təsərrüfatı kommunasında yüzlərlə tərəfdarını kütləvi qətl–intihara sürüklədi. Consun ardıcıllarının çoxu zəhər qatılmış içkini könüllü şəkildə içdi, bəziləri isə buna silahlı təhdid altında məvbur edildi.