Azərbaycan və Ermənistan sərhəd xəttinin delimitasiyası sahələrinin/hissələrinin ardıcıllığını müzakirə ediblər.
#Ermənistan
2024-cü il noyabrın 1-də Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikasının Baş nazirinin müavini və Ermənistan Respublikasının Baş nazirinin müavininin sədrliyi altında Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın onuncu görüşü keçirilib.
ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosedurunun qaydalarının formalaşdırılmasını yüksək qiymətləndirir.
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinə Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Saziş üzərində işlərin tez zamanda yekunlaşdırılması barədə təlimat verilib.