İraqın baş nazir vəzifəsini icra edən Əli Faleh Əz-Zeydi İran Prezidenti Məsud Pezeşkian ilə telefon danışığı zamanı İraqın Tehran və Vaşinqton arasında vasitəçilik rolunu oynaya biləcəyini bildirib. İraq hökumətinin yaydığı məlumata görə, tərəflər arasında çərşənbə axşamı baş tutan telefon danışığında regional böhranların həlli və diplomatik dialoqun gücləndirilməsi məsələləri müzakirə olunub.
#ABŞ İraq münasibətləri
ABŞ administrasiyası İraqa nağd dollar göndərişlərini müvəqqəti dayandırıb və təhlükəsizlik sahəsində əməkdaşlıq proqramlarının bir hissəsini dondurub. Bu addımın məqsədinin Bağdadı İranla əlaqəli silahlı qrupların ləğvinə təşviq etmək olduğu bildirilir.
İraqda seçkilər ərəfəsində Baş nazir Məhəmməd Şiə əs-Sudaninin yenidən hökumət başçısı kimi qalmaq ehtimalı siyasi dairələrdə əsas müzakirə mövzusudur. “İnşaat və İnkişaf Alyansı” əs-Sudani üçün ikinci müddətin mümkün olduğunu bildirir, lakin Koordinasiya Çərçivəsi daxilində nüfuzlu siyasi fiqurlar bunun real olmadığını düşünür. Səbəb kimi şiə siyasi bloklarında illərdir tətbiq edilən daxili razılaşma mexanizmi göstərilir. Bu mexanizm Baş nazir seçiminin parlament çoxluğu ilə deyil, siyasi razılıq əsasında formalaşdığını göstərir.