Ağalı kəndində məskunlaşan və yaşayan sakinlər üçün müraciət prosesi 13 mart tarixinədək davam edəcək. Torpaqların güzəştli şərtlərlə icarəyə verilməsi Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanı və Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənmiş qaydalar əsasında icra olunur.
#Zəngilan
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin işğaldan azad edilmiş ərazilərin “Yaşıl Enerji Zonası” kimi inkişafına dair siyasətinə uyğun olaraq, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bərpa olunan enerji potensialından istifadənin genişləndirilməsi ilə yanaşı, enerji səmərəliliyini təmin edən müasir texnologiyaların tətbiqi də ardıcıl şəkildə həyata keçirilir.
Daxili İşlər Nazirliyi bayram günlərində işğaldan azad olunan ərazilərə səfərə çıxan şəxslərə müraciət edib. Yalnız müvafiq icazəsi olan şəxslərin sərbəst və maneəsiz gediş-gəlişi təmin olunacaq.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən Zəngilan rayonunun Ağalı kəndində işəgötürənlərlə görüş keçirilib.
İşğaldan azad olunmuş ərazilərimizə köçürülən sakinlərin dayanıqlı məşğulluğunun təmin olunması istiqamətində proqramlar daim genişləndirilir və bu proqramların icrasında işəgötürənlərlə sıx əməkdaşlığın həyata keçirilməsi diqqətdə saxlanılır.
Böyük Qayıdış proqramına uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunmuş ərazilərimizə köçürülən sakinlər üçün aktiv məşğulluq tədbirlərinin təşkilini davam etdirir. Agentlik tərəfindən növbəti əmək yarmarkası Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə Zəngilan rayonunun Ağalı kəndində təşkil olunub.
Zəngilan şəhərlərinin su-kanalizasiya infrastrukturunun qurulması üzrə işlərə başlanılır. Görüləcək işlər çərçivəsində şəhərin magistral su xətlərinin, tullantı, yağış kollektorlarının və qurğularının tikintisinin layihə-smeta sənədlərinin hazırlanması və tikintinin həyata keçirilməsi çərçivəsində layihənin texniki şərtlərinin təsdiqi, qəbul-təhvil prosedurları aparılacaq.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
Samir Nuriyevin sədrliyi ilə Zəngilanda Qərargahın 5 illik fəaliyyətinə həsr olunan iclas keçirilib.
Ağalıda kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə baxış keçirilib
Zəngilana səfər çərçivəsində Əlaqələndirmə Qərargahının üzvləri şəhər ərazisində bir sıra obyektlərə, o cümlədən Zəngilan şəhər məscidinə, Zəngilan şəhər yaşayış kompleksinə, məktəb və uşaq bağçası binalarına baxış keçirilib. Bundan əlavə, Əlaqələndirmə Qərargahının üzvləri Zəngilan Hotel Kompleksində görülən işlərlə tanış olublar.