Hamımız bu dünya həyatında ömür sürür, nemətlərdən istifadə edirik, bəla və müsibətlərdən qorxuruq. Əslində bu dünyanın təmiz və saf ağıl ilə müşahidə edilməsi bizə çox aydın bir həqiqəti göstərir: bu aləmdə bir nizam var. Nizam varsa, nizamlayan da vardır. Bu nizama “kosmos” da deyə bilərsiniz, “kainat” da. Adı nə olur-olsun, bu nizamın arxasında hikmətlə dolu bir iradə vardır. Qurani-Kərimdə buyurulur: