#Salyan

Azərbaycanda torpaqların konsolidasiyası üzrə ilk pilot layihələr həyata keçiriləcək. Dünya Bankının dəstəyi ilə layihələr Qəbələ və Salyan rayonlarını əhatə edəcək. Bu məqsədlə Türkiyənin Dövlət Su İşləri İdarəsinin nümayəndə heyəti Azərbaycana səfər edib. Səfər zamanı layihələrin icra ediləcəyi ərazilərdə baxış keçirilib və suvarma infrastrukturu qiymətləndirilib. Aidiyyəti dövlət qurumlarının iştirakı ilə müzakirələr aparılıb. Türkiyə təcrübəsi əsasında ilkin yol xəritəsi hazırlanıb. Layihənin aqrar sahədə Azərbaycan–Türkiyə əməkdaşlığını daha da gücləndirəcəyi gözlənilir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliyi Fondu tərəfindən icra olunan “Hər məsciddə kitabxana” layihəsinin növbəti mərhələsi uğurla başa çatıb. Bu mərhələdə Mil-Muğan və Şirvan-Salyan bölgələrində yerləşən məscidlərə dini, fəlsəfi, tarixi və ədəbi mövzularda müxtəlif nəşrlərdən ibarət kitab dəstləri təqdim olunub.