Görüşlərdə rayon icra hakimiyyəti başçılarının müavinləri çıxış edərək şuraların yaradılmasının regionun sosial-iqtisadi inkişafına və əhalinin rifahının yüksəldilməsinə töhfə verəcəyini vurğulayıblar. Dövlət Turizm Agentliyinin sədrinin müşaviri və şuraların sədri Kənan Quluzadə çıxışında regional turizm şuralarının yaradılmasının məqsədi və onların fəaliyyətini tənzimləyən normativ-hüquqi baza barədə məlumat verib. O, qeyd edib ki, bu təşəbbüs dövlət strukturları ilə özəl sektor arasında qarşılıqlı əlaqələrin möhkəmləndirilməsinə və turizm sahəsində effektiv əməkdaşlığın formalaşmasına xidmət edəcək.